Hərbi hissə və şəhərciklərdə isitmə mövsümü elan edilib



Azərbaycan Müdafiə Nazirliyinin hərbi şəhərcikləri və hissələrində, yaşayış binalarında noyabrın 15-dən isitmə mövsümü başlayır.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, müdafiə nazirinin əmrinə əsasən, hərbi şəhərciklərin, kommunal qurğuların və yaşayış binalarının istiliklə təmin edilməsi məqsədilə noyabrın 15-dən bütün hərbi şəhərcik və hərbi hissələrdə isitmə mövsümünün başlanması elan edilib.

Qazanxana avadanlıqları və istilik sistemləri müvafiq komissiyalar tərəfindən yoxlanıldıqdan sonra istismara verilir.

Artıq Müdafiə Nazirliyinin hərbi qulluqçuları qış geyim formasına keçiblər.