Nobel sülh mükafatına ayrılan vəsait uşaqlara sərf olunacaq

Foto arxiv

Bu il Nobel sülh mükafatına ayrılan vəsait döyüş zonasından olan uşaqların ehtiyacına sərf olunacaq.

Bunu çərşənbə günü Avropa Komissiyasının rəhbəri Jose Manuel Barroso bəyan edib.

Amma bu vəsaitin konkret hansı layihələrə sərf olunacağı bəlli deyil.

Nobel sülh mükafatının dəyəri təxminən 1 milyon 200 dollardır.

Qaliblər gələn ay Norveçin paytaxtı Osloda elan ediləcək.