Fazil Mustafa: «Azərbaycan Çin modelini seçməlidir»

-

AzadliqFM YouTube-da 15-11-2012

AzadlıqFM-i YouTube-dan izlə

http://www.youtube.com/embed/N6g0dDsoCsc?rel=0
Millət vəkili Fazil Mustafa parlameant üzvləri arasında ən fəal Facebook istifadəçilərindən biridir.

AzadlıqFM-ə dəvəti qəbul edən Fazil Mustafa noyabrın 15-də YouTube-da və Facebookda canlı olaraq suallara cavab verib.

- Facebook hesabında özünüz barədə yalnız doğulduğunuz yer və doğum tarixi yazılıb. Yad adam bir deputatın səhifəsində olduğunu bilməz. Niyə özünüz haqqında bu qədər qısa məlumat vermisiz?

Fazil Mustafaya suallar

Fazil Mustafaya Facebook sualları

- Artıq elə mərhələdəyik ki, bioqrafiyamız haqqında çox adamın xəbəri var. İki-üç ilin bioqrafiyası deyil. Burda məqsədimiz öz fikirlərimizi yaymaqdı. Keçmişlə maraqlanmaq istəyənlər özləri araşdıra bilərlər.

- Söhbət boyu problemlər sadaladınız. Sizcə, necə eləmək lazımdır ki, hakimiyyət xalqla hesablaşsın?

- Azərbaycan Çin modelindəki sistemi özündə tətbiq etməlidir. Siyasət məhdudlaşdırılması anlaşılandır. Siyasətdə liberal dəyişikliyə gedilsə, xarici dövlətlər bundan istifadə edə bilərlər. Çünki Azərbaycanda siyasi mədəniyyət o səviyyədə yüksək deyil ki, bunu tənzimləmək yetərincə mümkün olsun. Daha çox demaqoji ünsürlər siyasətin önündə olacaqlar. Belə bir dövr yaşadıq. Azərbaycanda təcili inhisarlıq aradan qaldırılmalıdır. İqtisadiyyatın önü açılmalıdır. Peşəkar insanlar iqtisadiyyatdan siyasətə gəlməlidirlər. Siyasətə ideoloji xəstəliyə tutulmayan adamlar gəlməlidir.

- Fazil Mustafa İctimai Palatanın üzvü ola bilərmi?
- Deputatın fikrincə, ölkə başçısının monopoliyada maraqları varmı?
- Fazil Mustafa hakimiyyətə yeni bir güc göstərə bildimi?
- O, həmkarlarının xarici ölkələrdəki şirkətləri barədə nə deyir?


Millət vəkilinin bu və digər suallara cavablarını eşitmək üçün burdan dinlə: