İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktorunu təltif edib

Prezident İlham Əliyev Amerika Yəhudi Komitəsinin icraçı direktoru David Alan Harris-i «Dostluq» ordeni ilə təltif edib.

Noyabrın 14-də imzalanmış sərəncamda təltif David Alan Harris-in Azərbaycan və Amerika xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətləri ilə əsaslandırılıb.

Nyu-Yorkda doğulan 63 yaşlı David Alan Harris Amerika Yəhudi Komitəsinə 1990-cı ildən rəhbərlik edir.