Qəzzada zorakılıq davam edir
Sizin brauzer HTML5-i dəstəkləmir
Noyabrın 15-də Həmas İsrailin cənubuna onlarla raket atıb, 3 nəfər həlak olub. İsrail polisi raketlərin Qəzzadan 25 kilometr şimalda Kiryat Malaçi şəhərində dördmərtəbəli binaya düşdüyünü deyir. İsrail də Qəzza sahilinə hava hücumlarını davam etdirir, həmçinin Həmasdan gələn təhlükələrə qarşı genişmiqyaslı hərbi əməliyyatla cavab verəcəyini bildirir. Noyabrın 14-də İsrailin hava zərbələri ilə öldürülən Həmasın hərbi lideri Ahmed Al-Jaabari də bu gün dəfn edilib. Mərasimə mindən çox fələstinli qatılıb. Reuters agentliyinin videosu.