Vaşinqton Transxəzər qaz kəməri layihəsini dəstəkləyir

“Vaşinqton Moskvanın Transxəzər qaz kəməri layihəsinin reallaşmasına müdaxilə etməsinə imkan verməyəcək”.

APA-nın məlumatına görə, bunu ABŞ dövlət katibinin Cənubi və Orta Asiya məsələləri üzrə köməkçisinin müavini Line Trasy Türkmənistanda keçirilən neft-qaz konfransda çıxış edərkən deyib.

O qeyd edib ki, ABŞ hökuməti birmənalı şəkildə bu layihəni dəstəkləyir və Türkmənistanla
Azərbaycanın razılıq verəcəyi halda heç bir ölkə Xəzərin dibi ilə qaz kəmərinin çəkilişini əngəlləyə bilməz.

Avropa Birliyinin Orta Asiya məsələləri üzrə xüsusi nümayəndəsi Patricia Flor isə birliyin 30 il ərzində Türkmənistandan qaz almağa hazırdır olduğunu bildirib.