Timoshenko aclığı dayandırıb

Yulia Timoshenko

Ukraynanın həbsdə olan keçmiş baş naziri Yuliya Timoshenko aclıq aksiyasını dayandırıb.

Bu barədə Ukrayna mətbuatı səhiyyə nazirinin müavini Raisa Moiseenkoya istinadla xəbər verir.

Timoshenko oktyabrın 29-dan parlament seçkisinin saxtalaşdırılmasına etiraz olaraq aclıq aksiyası keçirirdi.

Hazırda Xarkov klinikasında mülicədə olan Timoshenko aclığı almaniyalı həkimlərin məsələhəti ilə dayandırıb.

O səlahiyyətlərini aşma ittihamı ilə 7 illik həbs cəzası çəkir.

Timoshenko həbsinin siyasi motivli olduğunu deyir.