Bakıda avtobus «Şəfa» stadionuna girdi: xəsarət alanlar var

-
Noyabrın 17-də Bakıda daha bir sərnişin avtobusu qəzaya uğrayıb.

Hadisə Nizami rayonu ərazisində baş verib.

11 saylı sərnişin avtobusu metronun «Koroğlu» stansiyası istiqamətində hərəkətdə olarkən qarşıda dayanan «QAZel» markalı yük maşınına çırpılıb. Daha sonra avtobus idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və «Toyoto-Prado» markalı avtomobili vurub. Daha sonra isə «Şəfa» stadionuna girib.

3 saylı şəhər Kliniki Xəstəxanasından ANS-ə verilən məlumata görə, xəstəxanaya 5 nəfər daxil olub. Onlardan 3-ü kişi, 2-si qadındır.