Mumbayda millətçi siyasətçi Bal Thackerayın dəfninə minlərlə adam yığışıb

Bal Thackeray

Hindistanın Mumbay şəhərində millətçi siyasətçi Bal Thackeray dəfnində minlərlə adam iştirak edib.

Buna görə bazar günü şəhərdə təhlükəsizliyin təmin edilməsinə 20 min polis cəlb edilib.
Takerai Hindistanın cənub ştatlarından miqrant axınının qarşısını almaq üçün 1966-cı ildə
Şiv Sena partiyasının sağçı qanadını yaradır.

Bundan başqa o paytaxtı Mumbay olan Maxaraştra ştatında islamın yayılmasına qarşı mübarizəyə qalxır.

Hindistan hakimiyyəti onu 1990-cı illərdə müsəlmanlara qarşı zorakılıq aktlarının təşkilində günahlandırır.

Hansı ki, həmin vaxt təkcə Mumbayda mindən çox müsəlman öldürülüb.
Amma bu günədək 86 yaşlı Takeraiyə qarşı rəsmi ittiham irəli sürülməyib.