Suriya Milli Koalisiyası Fransaya səfir təyin edib

Suriya müxalifətinin yeni yaratdığı Suriya Milli Koalisiyası Fransaya səfir təyin edib.
Məlumatı Parisdə koalisiyanın lideri Ahmet Muaz el Khatiblə görüşən Fransa prezidenti Francois Hollande verib.

Fransa Suriya Milli Koalisiyasını Suriya xalqının vahid təmsilçisi kimi tanıyan ilk Qərb ölkəsidir.

Hollande ilə görüşündə Ahmet Muaz el Khatib Fransanın Suriya müxalifətinə göstərdiyi dəstəyinə görə təşəkkür edib. Deyib ki, “Suriya xalqı azadlığı üçün qan töküb. Bu xalq indi beynəlxalq cəmiyyətdən haqlarını və zalım Suriya rejiminə qarşı təhlükəsizliyin təmin olunmasını istəyir”.