Qırğızıstan gürcü kriminal "avtoriteti" saxta pasporta görə həbs edib

Qırğızstan kriminal avtoritet hesab olunan İlya Samsonianı saxta pasporta görə həbs edib. Samsonia Rusiyada 2009-cu ildən bəri həbsdə idi. Həbsdən azad olanda Rusiya onu Gürcüstana yox, Qırğızstana verdi. Çünki Samsonianın pasportu Qırğızıstan pasportu idi və İlyas Aliyev adına verilmişdi.