Tibb Universitetinə pul ayrıldı

-
Prezident İlham Əliyev Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasının tikintisi ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Klinikanın tikintisinin tamamlanması və müasir avadanlıqla təchiz edilməsi məqsədilə Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Tibb Universitetinə 5 milyon manat ayrılıb.