Suriya üsyançıları hərbi baza ələ keçirdiklərini deyirlər

Suriya üsyançıları Dəməşqin kənarındakı hərbi bazanı öz nəzarətinə götürdüyünü iddia edir.

Birləşmiş islamçı qruplardan ikisi bildirib ki, onlar dörd günlük döyüşdən sonra hərbi bazanı ələ keçiriblər.

Eyni zamanda Avropa Birliyi xarici işlər nazirləri Suriya müxalifətini xalqın "qanuni təmsilçisi" adlandırıb, amma hələ ki, tanımayıb.