Gəncədə «Cüdo mərkəzi» inşa ediləcək

Bu barədə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Mikayıl Zeynalov məlumat verib.

Onun sözlərinə görə, məqsəd dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında, eləcə də digər beynəlxalq səviyyəli yarışlarda Gəncəni təmsil etmək üçün yeni nəsil cüdoçular yetişdirməkdir.

Mikayıl Zeynalovun sözlərinə görə, cudo mərkəzi Gəncə şəhər İcra Hakimiyyəti və Cüdo Federasiyasının birgə layihəsinə əsasən tikiləcək.

Hazırda Gəncədə cüdo üzrə yarışlarda şəhəri təmsil edən idmançılar, Avropa çempionu İlkin Babazadə, Mövlud Mirəliyev, Ramil QasımovAraz Muxtarovdur.