«Neftçi»nin baş məşqçisi cəzalandırılıb

Noyabrın 20-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. İclasda Topaz Premyer Liqasının XIII turunun oyunları müzakirə olunub.

«Neftçi» - «Sumqayıt» matçının 35-ci dəqiqəsində «Neftçi»nin baş məşqçisi Böyükağa Hacıyev hakimin qərarına etiraz etdiyindən texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb. Klub isə 1000 manat cərimə olunub.

«Qarabağ»ın futbolçusu Rəşad Sadıqov da eyni cəza alıb. Buna səbəb «Qarabağ» – «Simurq» matçının 62-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə, texniki zonadan kənarlaşdırılmağıdır.

«Kəpəz» komandası isə «Qəbələ» oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə 1000 manat məbləğində cərimə edilib.