Monqolustan ATƏT-in üzvü oldu

ATƏT-in Vyanadakı qərargahı

-

Monqolustan ATƏT-ə üzv 57-ci ölkə olub. Bu qərarı noyabrın 21-də ATƏT-ə hazırda sədrlik edən İrlandiyanın baş nazirinin müavini, Xarici Əlaqələr və Ticarət naziri Eamon Gilmore açıqlayıb. Bildirib ki, qərar konsensus yolu ilə qəbul olub.

Xəbəri ATƏT-in rəsmi saytı yayıb.

ATƏT dünyanın ən böyük regional təhlükəsizlik təşkilatıdır, Avropa, Asiya və Şimali Amerikada sülh, demokratiya və sabitliyin təmin olunması istiqamətində işləyir.

Monqolustan artıq üzv kimi ATƏT XİN Şurasının dekabrın 6-da Dublində keçiriləcək sammitində iştirak edə biləcək.