Daha 2 Azərbaycan əsgəri minaya düşüb

APA-nın məlumatına görə, hadisə bu gün Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində, cəbhənin Goranboy istiqamətində qeydə alınıb.

Minaya düşən əsgər Cəmil Məmmədov və Çingizxan Cərrasov ağır vəziyyətdə hərbi hospitala yerləşdirilib və hər ikisinin bir ayağı amputasiya edilib.
Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Cəmil Məmmədov Şuşa, Çingizxan Cərrasov isə Qusar rayonundan hərbi xidmətə çağırılıb.

Bu son günlər cəbhə xəttində baş verən 3-cü belə hadisədir.
Bir neçə gün əvvəl cəbhənin Xocavənd istiqamətində daha bir Azərbaycan əsgəri minaya düşərək həlak olub.