Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağa səfər ediblər

-
ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Igor PopovJacques Faure, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağa gediblər.

ANS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, vasitəçilər noyabrın 22-də Xankəndidə separatçı rejimin rəhbəri Bako Sahakyan-la görüşüblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər və regiondakı son vəziyyət müzakirə olunub.

Həmsədrlər Dağlıq Qarabağdan Yerevana qayıdacaqlar. Onların Bakıya səfəri gələn həftəyə nəzərdə tutulur.