BP: «Azərbaycanın uzunmüddətli tərəfdaşı olmaq niyyətindəyik»

-
«Biz Azərbaycanda gələcək üçün davamlı imkanlar görürük».

APA-nın xəbərinə görə, bunu «BP-Azərbaycan»ın geoloji-kəşfiyyat və qiymətləndirmə üzrə vitse-prezidenti Greg Riley deyib.

G.Riley Azərbaycanın neft tarixinin hələ bundan sonra da uzun müddət davam edəcəyini vurğulayıb:

«Biz burda özümüz üçün də böyük imkanlar görürük. Bu imkanlardan istifadə edib, Azərbaycanın uzunmüddətli, etibarlı tərəfdaşı olmaq niyyətindəyik».