Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşünün yeri və vaxtı məlum olub

-
Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün yeri və vaxtı məlum olub.

APA-nın məlumatına görə, Ali Akbar Salehi, Elmar MəmmədyarovAhmet Davutoğlu noyabrın 28-də Türkiyənin Ərzurum şəhərində görüşəcəklər. Görüşdə əsasən regional məsələlər müzakirə ediləcək.

İran, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin ilk görüşü İranın Urmiya şəhərində, ikincisi isə Azərbaycanın Naxçıvan şəhərində keçirilib.