BMT-nin komissiyası Rusiyanı pisləyib

BMT-nin işgəncələr əleyhinə komissiyası Rusiya hakimiyyətini insan haqlarının pozulması ilə bağlı çoxsaylı məlumatlara lazımi reaksiya verməməkdə pisləyib.

10 müstəqil ekspertdən ibarət komissiya həbsxanalarda işgəncə və amansız davranışla bağlı şikayyətlərlə, araşdırılan işlər arasında böyük fərq olduğunu deyir.

Hesabatda həmçinin hüquq müdafiəçiləri və jurnalistlərə olan hədələrin araşdırılmadığı bildirilir.