Guardiola Braziliya yığmasını çalışdıra bilər

Pep Guardiola

"Barselona" futbol klubunun keçmiş baş məşqçisi Josep Guardiola Braziliya yığmasını çalışdıra bilər.

Agentliklərin məlumatına görə, Braziliya Futbol Federasiyasının rəhbərliyi Guardiola ilə danışıqlar aparmaq fikrindədir.

Braziliya millisinin baş məşqçisi Mano Menezes bu günlərdə istefaya göndərilib.