-
İCRA HAKİMİYYƏTİ ÜÇÜN YENİ BİNA
Şərur rayon İcra Hakimiyyəti üçün yeni binanın tikintisinə cari ilin aprel ayından başlanılıb. Burada tikinti işlərini «Gəmiqaya» MMC-nin kollektivi həyata keçirir. İş icraçısı Musa Suvarovdan aldığımız məlumata görə, zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət olan binanın birinci və ikinci mərtəbələrində suvaq işləri başa çatdırılıb, üçüncü mərtəbədə bu işlər davam etdirilir. Həmçinin binada istilik sistemi xətləri quraşdırılır, dördüncü mərtəbədə hörgü işləri aparılır, dam örtüyünün vurulması üçün hazırlıq işləri görülür.
Qeyd edək ki, binanın zirzəmi hissəsində arxiv, xidməti otaqlar və qazanxana, birinci mərtəbədə 126 yerlik iclas zalı, 7 otaq, ikinci mərtəbədə 12, üçüncü mərtəbədə 13, dördüncü mərtəbədə 7 iş otağı istifadəyə veriləcək.
MUXTAR RESPUBLİKADA KEÇİRİLƏN NÖVBƏTİ ƏMƏK YARMARKALARI BAŞA ÇATIB
Dünən Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin xətti ilə Naxçıvan şəhərindəki «Gənclik» Mərkəzində əmək yarmarkası keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Sevindik Vəliyev çıxış edərək bildirmişdir ki, müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi bu sahədə mövcud olan problemlərin həllinə, əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə istiqamətlənmişdir. Bu məsələnin həlli ilə bağlı bir sıra məqsədyönlü tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də mütəmadi olaraq keçirilən əmək yarmarkalarıdır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov keçirilən əmək yarmarkasının əhəmiyyətindən danışmış, işaxtaran vətəndaş Səltənət Əliyeva əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi istiqamətində görülən işlərə görə işaxtaranlar adından minnətdarlıq etmişdir.
Yarmarkaya 47 müəssisə və təşkilatdan 419 boş iş yeri çıxarılmışdı. 53 nəfər işə göndəriş verilmişdir.
- Birinci yarımilin yekunları müzakirə olunur
- Daxili bazar keyfiyyətli məhsullarla təmin edilir
- Şahmat üzrə muxtar respublika birinciliyi
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!
«Şərq Qapısı». 28 iyul 2012. sayı: 141 (20.546)
İCRA HAKİMİYYƏTİ ÜÇÜN YENİ BİNA
Qeyd edək ki, binanın zirzəmi hissəsində arxiv, xidməti otaqlar və qazanxana, birinci mərtəbədə 126 yerlik iclas zalı, 7 otaq, ikinci mərtəbədə 12, üçüncü mərtəbədə 13, dördüncü mərtəbədə 7 iş otağı istifadəyə veriləcək.
MUXTAR RESPUBLİKADA KEÇİRİLƏN NÖVBƏTİ ƏMƏK YARMARKALARI BAŞA ÇATIB
Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov keçirilən əmək yarmarkasının əhəmiyyətindən danışmış, işaxtaran vətəndaş Səltənət Əliyeva əmək qabiliyyətli əhalinin işlə təmin edilməsi istiqamətində görülən işlərə görə işaxtaranlar adından minnətdarlıq etmişdir.
Yarmarkaya 47 müəssisə və təşkilatdan 419 boş iş yeri çıxarılmışdı. 53 nəfər işə göndəriş verilmişdir.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Birinci yarımilin yekunları müzakirə olunur
- Daxili bazar keyfiyyətli məhsullarla təmin edilir
- Şahmat üzrə muxtar respublika birinciliyi