Banqladeşdə baş vermiş yanğında 115 adam ölüb

Banqladeşdə tikiş fabrikində baş vermiş yanğında azı 115 adam ölüb, 200-ə yaxın adam isə xəstəxanaya düşüb.

Yanğın şənbə günü axşam paytaxt Dakkanın ətrafındakı fabrikdə baş verib.

Birinci mərtəbədən başlayan yanğın tezliklə 9 mərtəbəli binanı bürüyüb.

Yanğn vaxtı binada yüzlərlə adam olub.

Hadisə yerində axtarış-xilasedici əməliyyatlar davam etdirilir.