Cernobl üzərində yeni qoruyucu örtük tikilir

Foto arxiv

Çernobl atom elektrik stansiyasında reaktorlar üzərində yeni qoruyucu örtüyün quraşdırılmasına başlanıb.

1986-cı il aprelin 26-da stansiyanın 4-cü enerji blokunda baş verən partlayışlar böyük dağıntı və Ukrayna, Belarus, Rusiya və bir sıra Avropa ölkələrində radiaktiv şüalanmaya səbəb oldu.

1986-cı ilədə qurulmuş qoruyucu örtük yavaş-yavaş dağılır.

Yeni örtük ətraf mühiti mümkün radiaktiv sızmadan qorumaq üçün qurulur.
hündürlüyü 108, uzunluğu 150, eni isə 260 metr olacaq yeni örtüyün tikintisi 2015-ci ilədək başa çatdırılmalıdır.