Moskvada bir qrup azərbaycanlı və şimali qafqazlı arasında dava düşüb

Foto arxif

Moskvanın “Dekabristov” küçəsindəki restoranın ətrafında bir qrup azərbaycanlı və şimali qafqazlı arasında dava düşüb.

APA-nın “Mayak” radiosuna istinadla verdiyi məlumata görə, insident zamanı 1 nəfər başından aldığı güllə yarasından ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya düşüb.

Hadisənin səbəbi və iştirakçıların kimliyi araşdırılır.
Ölən və xəsarət alanların milliyəti barədə məlumat verilmir.