ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanatla çıxış ediblər

-
«Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər».

ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi bölgəyə səfərlərinin yekunlarına dair bəyanatla çıxış ediblər.

APA-nın xəbərinə görə, bəyanatda deyilir ki, səfər zamanı həmsədrlər oktyabrın 27-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə sülh prosesinin davamına dair təqdim edilən ideyaları müzakirə ediblər:

«Tərəflər xarici işlər nazirləri səviyyəsində işi davam etdirmək barədə razılığa gəldilər».

HƏMSƏDRLƏR GÖRÜŞLƏRƏ BAŞLAYIR

ATƏT-in Minsk Qrupunun həmsədrləri, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Azərbaycanda səfərdədir.

APA-nın xəbərinə görə, həmsədrlər Bakıya noyabrın 24-də Yerevandan gəliblər. Noyabrın 26-da onlar Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək.

Görüşlər zamanı həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün yeni ideyalarını təqdim edəcək, ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 6-7-də Dublində keçiriləcək iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşməsi imkanlarını müzakirə edəcəklər.