Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var

Bakıda yaşayış evində partlayış olub, xəsarət alan var.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 25-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində Eldar İsgəndərova məxsus evin mətbəxində təbii qazın sızmasından partlayış baş verib.

Nəticədə mətbəxin konstruksiyaları dağılıb, yanıq xəsarətləri almış ev sahibi isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.