Qərb səfirləri həbsdə olan keçmiş nazirlə görüşüb

ABŞ və Avropa Birliyi ölkələrinin səfirləri Ukraynada həbsdə olan keçmiş daxili işlər naziri Yuriy Lutsenko ilə görüşüblər.

ABŞ səfiri John Teft deyib ki, o və digər səfirlər öz ölkələrinin hökumətlərini Lutsenkonun səhhəti ilə bağlı məlumatlıandıracaqlar.

O deyib ki, Lutsenko Ukraynada ədliyyənin ayrı-seçkiliklə həyata keçirilməyinin nümunəsidir və Lutsenko azad olunmalıdır.

Lutsenko pul mənimsəmək və başqa ittihamlarla 4 illik həbsə məhkum olunub.