Noyabrın 24-də dənizdə itkin düşmüş balıqçıların axtarışı hələ də nəticə verməyib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, balıqçıların tapılması üçün tədbirlər davam etdirilir.
Noyabrın 24-də Xaçmaz rayonu, Müqtədir qəsəbəsi ərazisindən mühərrikli qayıqla balıq tutmaq məqsədi ilə dənizə çıxmış 4 nəfər - Vüsal Əkbərov, Əkbər Əkbərov, Seymur İlyasov və Rəsul Səlimov geri qayıtmayıb.
Həmin gündən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri axtarışlara cəlb olunub. Həmin gün gecə saatlarında balıqçılardan birinin – Vüsal Əkbərovun cəsədini və onların qayığını ləpə sahilə çıxarmışdı.