Zuriyada zavodun bombalanması nəticəsində onlarla adam ölüb

Suriya hərbi-hava qüvvələrinin İdlib şəhəri yaxınlığındakı yağ zavodunu bombalaması nəticəsində azı 20 nəfər ölüb, 50-dən çox adam yaralanıb.

Bu barədə Reuters agentliyi müxalifət fəallarına istinadla xəbər verir.

Bu zavodda zeytun yağı istihsal olunurdu.

Həmçinin Hüuquq-müdafiə təşkilatları onlarla adamın öldüyünü xəbər verirlər.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbi ilə kütləvi etiraz və silahlı toqquşmalar gedir.
Hüquq müdafiəçiləri bu müddət ərzində 40 mindən çox adamın öldüyünü deyirlər.