İsraillə Həmas aarasında danışıqlar gedir

Bazar ertəsi Qahirədə İsrail və Həmas qrupunun nümayəndələri arasında danışıqlar başlayıb.

Ötən həftə Misirin vasitəçiliyi ilə tərəflər arasında atəşkəs elan edilib.

8 günlük son münaqişədə 160 fələstinli və 6 israilli ölüb.

Qahirə görüşünə də Misir vasitəçilik edir.

Həmas indi Qəzzə bölməsindən blokadanın götürülməsinə çalışır.
İsrail isə Fələstin ərazilərinə tunellərlə qaçaq silah gətirilməsininin qarşısını almaq üçün tədbirlər görülməsini təkid edir.