İsrailin keçmiş xarici işlər naziri siyasətə dönür

Tzipi Livni

İsrailin keçmiş xarici işlər naziri Livni Tzipi yenidən siyasətə dönmək fikrindədir.

O çərşənbə axşamı Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib ki, hazırda “Hərəkat” adlı yeni partiya yaradır.

O indiki İsrail hökumətini Fələstinlə danışıqların dayandırılmasında təqnid edib və qeyd edib ki, regionda sülhə nail olunması uğrunda onun özü mübarizə aparacaq.

Yanvarın 22-də İsraildə yeni seçki keçiriləcək.

Tzipi Livni bu ilin mayında müxalifətdə olan sağmərkəzi “Kadima” partiyasının liderliyindən getdiyinə görə parlamenti tərk edib. O 2006-2009-cu illərdə xarici işlər naziri olub.