Qahirənin mərkəzində yenidən toqquşma olub

Foto arxiv

Misirin paytaxtı Qahirənin mərkəzində polislə nümayişlilər arasında toqquşma olub.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Hələ də meydanda minlərlə adam olduğu xəbər verilir.

Artıq bir neçə gündür ki, Misirdə prezident Mohammad Morsinin səlahiyyətlərini genişləndirməsinə qarşı kütləvi etirazlar keçirilir.

İndiyədək baş verən toqquşmalarda 2 nəfər ölüb, yüzdən çox adam xəsarət alıb.

Morsinin bu günlərdə qəbul etdiyi qərara görə məhkəmələr prezident qərarları və hazırda konstitusiya üzərində işləyən təsis yığıncağına nəzarət və ya təsir edə bilməz.

Müxalifət prezidenti dikdatorçuluqda günahlandırır.