Putin Türkiyəyə gedir

Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin Rusiya-Türkiyə Əməkdaşlıq Şurasının III iclasında iştirak etmək üçün dekabrın 3-də Türkiyəyə işgüzar səfərə gedəcək.

Bu barədə RİA Novosti Kremlin mətbuat xidmətinə istinadla xəbər verir.

Gündəliyə ticarət, iqtisadi, investisiya, regionlararası və mədəni-humanitar əməkdaşlıq, enerji sahəsində birgə strateji layihələrin həyata keçirilməsi, bank sektorunda qarşılıqlı fəaliyyət və s məsələlər salınıb.

Bundan başqa, tərəflər Yaxın Şərq, Cənubi Qafqaz, Orta Asiya və Balkan yarımadasındakı vəziyyət də daxil olmaqla regional problemlər ətrafında fikir mübadiləsi aparacaqlar.