Rusiya Maliyyə-Büdcə Nəzarət Xidmətinin rəhbəri Konstantin Sedov vəfat edib

Rusiya Maliyyə-Büdcə Nəzarət Xidmətinin rəhbəri Konstantin Sedov 43 yaşında vəfat edib.

Bu barədə xidmətin rəsmi saytı xəbər verir.

Son illər Moskva vilayətinin qubernator müavini olan Sedov, bu vəzifəyə oktyabrın 9-da təyin edilmişdi.
Onun ölümünün səbəbi barədə hələlik məlumat verilmir.