Azərbaycan Milli Konservatoriyasına 3 milyon manat ayrılıb

Üzeyir Hacıbəyov

Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin inşasına 3 milyon manat vəsait ayrılıb.

Bu barədə Azərbaycan prezidentinin rəsmi saytı məlumat yayıb.

Maliyyə Nazirliyinə prezidentin sərəncamda nəzərdə tutulan məbləğin müəyyən edilmiş qaydada ayrılması və təmin edilməsi tapşırılıb.