Barroso Moldova vətəndaşlarına vizanın ləğvinin şərtlərini açıqlayıb

Avropa Komissiyasının sədri Barroso Moldovada deyib ki, Avropa Birliyi Moldova vətəndaşlarına vizanı ləğv edə bilər, bir şərtlə ki, bu ölkədə korrupsiya ilə mübarizədə uğur əldə olunsun, demokratik standartlar yaxşılaşsın, ədliyyə sistemində islahatlar nəticə versin.
Moldova Avropanın ən kasıb ölkəsidir.
4,5 milyon əhalisi olan Moldovanın 100 minlərlə vətəndaşı Avropa Birliyi ölkələrində işləyir.
Moldova iqtisadiyyatı bu adamların evə göndərdiyi puldan çox asılıdır.