Konqoda baş vermiş təyyarə qəzasında 32 adam ölüb

IL-76, 1995

Şənbə gününə keçən gecə paytaxt Brazzavilin ətrafında baş verən qəza nəticəsində 32 adam ölüb.

Ölənlərdən 5-i heyət üzvü olan Ermənistan vətəndaşıdır.
Bu barədə Ermənistanın Mülki Aviasiya İdarəsi xəbər verir.

İnterfaks həmçinin yerdə 20 nəfərin xəsarət aldığını xəbər verir.

Güclü külək və şimşəkli hava şəraitində yerə enmək istəyən təyyarə ətrafdakı binaya çırpılıb.

Yerli “Air Service” şirkətinə məxsus təyyarə Konqonun ticarət paytaxtı olan Puent-Nuardan paytaxt Brazzavilə uçurmuş.