Həmidə Ömərova: «Naxçıvanda ciddi nizam – intizam hökm sürür»

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 20 sentyabr 2012. sayı: 178 (20.583)


KƏND HƏKİM AMBULATORİYASINDA KÜTLƏVİ PROFİLAKTİK TƏDBİRLƏR APARILMIŞDIR

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin həkim briqadası ənənəni davam etdirərək Şərur rayonunun dağlıq ərazisində yerləşən Aşağı Yaycı kəndində olub. Briqada yüksək ixtisaslı həkimlərlə -- terapevt, pediatr , kardioloq, cərrah, ginekoloq, stomatoloq, həmçinin köməkçi müayinə aparatları ilə təchiz edilib. Həkim briqadasının kəndə gəlişi barədə əvvəlcədən məlumat verildiyindən əhalinin kütləvi tibbi müayinəsinə nail olunub. Əhalinin kütləvi profilaktik müayinələri lazımi tibbi avadanlıqlarla təchiz edilmiş həkim ambulatoriyasında həyata keçirib

Gün ərzində 18 terapevt, 16 pediatrik, 16 kardioloji, 18 cərrahi, 12 ginekoloji, 8 LOR, 24 stomatoloji, 19 oftalmoloji xəstə müayinədən keçirilib. Kütləvi profilaktik tibbi müayinələrdə Şərur rayon Mərkəzi Xəstəxanasının həkimləri və kənd həkim ambulatoriyasının kollektivi yaxından iştirak ediblər. Aşkar olunan ilkin xəstələrə ambulator kartlar açılıb, onlar müalicəyə cəlb olunublar. İki uşaqda anemiya, 1 uşaqda revmatizm, 1 xəstədə xroniki beyin – qan dövranı çatışmazlığı müşahidə edildiyindən dispanser qeydiyyatına götürülüblər.

H. ÖMƏROVA: NAXÇIVAN İDEAL MƏKANDIR

Tanınmış incəsənət xadimi, Xalq artisti Həmidə Ömərova bu yaxınlarda muxtar respublikamızın qonağı olub. Onu «Azərbaycan kinosunun ilham pərisi» adlandırırlar... Həmidə xanımla apardığımız müsahibəni oxucularımıza təqdim edirik:

- Sizcə, Naxçıvanı ölkəmizin başqa regionlarından fərqləndirən başlıca cəhət nədir?

- Əlbəttə, ilk olaraq buranın havası və suyu. Bunun fərqinə varmama, məncə, qeyri – mümkündür. Bu torpağın havası o qədər təmizdir ki, bura ilk dəfə gələn insan bunu həmin dəqiqə hiss edir. Naxçıvanın duzu haqqında isə xeyli danışa bilərəm. Çünki oğlumun sağlamlığına görə məhz bu duza borcluyam... Naxçıvan şəhəri haqqında bir məqamı deməyi də özümə borc bilirəm. Sizin şəhəriniz çox təmiz və səliqəlidir. Bu elə əvvəldən mənim diqqətimi çəkən məqamlardan olub. Hər tərəfdə sakitlikdir. Burada ciddi nizam – intizam hökm sürür. Nəqliyyat sistemi isə xüsusilə xoşuma gəlir. Naxçıvanda yollar təmiz və təmirlidir. Taksilər müəyyən olunmuş rəngdədirlər, sürücülərin xüsusi uniformaları var. Bununla yanaşı, Naxçıvan şəhərinin binalarını da ayrıca qeyd etməliyəm. Bu binalar öz xarici görünüşləri, zərif və estetik dizaynları ilə insana zövq verir. Bir sözlə, burada müasirlik və qədimiliyin vəhdəti çox gözəl alınıb. Naxçıvana vurulmamaq qeyri – mümkündür...

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Şahmat məktəbinin tikintisi davam edir

- Daim yeniləşən və inkişaf edən təhlükəsizlik orqanı

- Polis Bölməsi üçün inşa edilən binada son tamamlama işləri görülür