Obama Suriya rejiminə xəbərdarlıq edib

Barack Obama

ABŞ prezidenti Barak Obama Suriya rejiminə xəbərdarlıq edib ki, kimyəvi silah işlətsə, buna görə cavab verməli olacaq.

ABŞ rəsmilərinin sözlərinə görə, kəşfiyyat son günlər Suriya rejiminin kimyəvi silah anbarlarında hansısa işlər gördüyünü müəyyən edib.

Ağ Ev dünən də xəbərdarlıq edib ki, Suriya rejiminin belə silahdan istifadə etməsi xaricdən müdaxiləyə əsas yarada bilər.

Suriyanın Xarici İşlər Nazirliyi isə dünən heç bir halda öz xalqına qarşı kimyəvi silahdan istifadə etməyəcəyini bəyan edib.