Naxçıvanlı alimin adı «Dünyada Kim Kimdir» ensiklopediyasında

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


«Şərq Qapısı». 4 iyul 2012. sayı: 123 (20.528)


LƏKƏTAĞDA ÜÇ QURUCULUQ ÜNVANI

Regionumuzda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərindən ucqar yaşayış məntəqələri də xeyli bəhrələnib.
Ləkətağ kəndi Culfa rayonunun belə yaşayış məntəqələrindən biridir. Burada aprel ayından 3 yeni obyektin inşasına başlanılıb. Culfa Rayon Tikinti – Quraşdırma İdarəsinin inşaatçıları ilk günlərdən gördükləri işin keyfiyyətinə diqqət yetirir, öhdələrinə götürdükləri obyektləri vaxtında təhvil vermək əzmi ilə çalışırlar. Qeyd edək ki, bunun üçün onlara hərtərəfli şərait yaradılıb. Obyektlərdən biri 144 şagird yerlik yeni məktəb binasıdır. Zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət nəzərdə tutulmuş bina kənddə təhsilin səviyyəsinin yüksəldilməsinə imkan verəcək. Ötən müddət ərzində obyektdə hörgü işlərinin böyük bir qismi başa çatdırılıb. Hazırda inşaatçılar suvaq işləri görürlər. Bir qrup inşaatçı isə binanın çardaq hissəsinin qurulması ilə məşğuldur. Məktəbin yaxınlığında inşa olunan 3 mərtəbəli kənd mərkəzinin sonuncu mərtəbəsində işlər sürətlə davam etdirilir. Kənddə xidmət mərkəzinin tikintisi də başa çatdırılmaq üzrədirlər.

NAXÇIVANLI ALİMİN ADI «DÜNYADA KİM KİMDİR» ENSİKLOPEDİYASINA DÜŞÜB

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin əməkdaşı «Dünyada Kim Kimdir» ensiklopediyasına daxil edilib.
AMEA Naxçıvan Bölməsindən qəzetimizə verilən məlumata görə, bölmənin Bioresurslar İnstitutunun Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, Vahid Quliyev səmərəli və müvəffəqiyyətli elmi işlərinə görə «Dünyada Kim Kimdir» ensiklopediyasına daxil edilib.
Bölmədən bildiriblər ki, AMEA-nın Naxçıvan Bölməsinin əməkdaşının elmi fəaliyyətinin «Dünyada Kim Kimdir» ensiklopediyasına daxil edilməsi, Naxçıvan Muxtar Respublikasında aparılan elmi – tədqiqat işlərinin dünya elmi ictimaiyyətinin diqqətini çəkməsi bu elmi müəssisədə aparılan işlərin elmi səviyyəsinin göstəricisidir.

Xatırladaq ki, Vahid Quliyev xarici jurnallarda dərc olunmuş sanballı elmi məqalələrinə görə «Journal of Food Composition and Analyisis» və «Journal of Agricultural and Food Chemistry» jurnallarının eksperti seçilib.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:


- Dağ kəndində məktəb yenidən qurulur
- Ordubadda quruculuq tədbirləri genişlənir
- Dağlıq rayonun aran kəndində gördüklərimiz