Ağsuda yol tikintisinə 6 milyon manat ayrılıb

Azərbaycan presidenti Ilham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev Ağsu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, 17 yaşayış məntəqəsini birləşdirən Ağsu-Çaparlı-Bağırlı avtomobil yolunun tikintisi və yenidən qurulmasına ilkin olaraq 6 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğin müəyyən olunmuş qaydada təmin etməsi, Nazirlər Kabineti isə sərəncamda göstərilən məsələləri həll etmək tapşırılıb.