Netanyahu Çexiyaya təşəkkür edir

Çexiyanın baş naziri Petr Necas və onun israilli həmkarı Benjamin Netanyahu

İsrailin baş naziri Benjamin Netanyahu Praqaya səfərə gəlib.

Qeyd edək ki, Çexiya bu günlərdə BMT-nin Baş Assambleyasında keçirilən səsvermədə, Fələstinə BMT-də “müşahidəçi dövlət” statusu verilməsinin əleyhinə səsverib.

Netanyahunun Praqaya səfərində məqsəd, buna görə, Çexiya hökumətinə təşəkkür bildirməkdir.

O artıq Çexiyanın baş naziri Petr Necasla görüşüb və ona şəxsi təşəkkürünü bildirib.

Ümumilikdə 138 ölkə Fələstinin yeni statusunun lehinə, ABŞ, Kanada, İsrail və Çexiya da daxil olmaqla 9 ölkə isə əleyhinə səs verib.

Çexiya bu məsələyə qarşı çıxan yeganə Avropa ölkəsidir.

Netanyahu Çexiyadan qonşu Almaniyaya gedəcək.

Səfər zamanı çox güman ki, İsrailin Fələstin ərazilərində yəhudi məskunlaşması siyasəti müzakirə olunacaq.