Citigroup 11 mindən çox iş yerini ixtisar edib

Foto arxiv

ABŞ-ın Citigroup maliyyə korporasiyası 11 mindən çox iş yerini ixtisar edib.

Bu korporasiyada çalışan işçilərin 4 faizi deməkdir.
Şirkətin rəhbərliyi bunu mövcud xərcləri azaltmaq məqsədi ilə etdiyini deyir.

Artıq gələn rübdə xərclərin milyard dollar azalacağı gözlənilir.
İxtisarlar ilk növbədə Pakistan, Türkiyə, Paraqvay, Uruqvay və Rumınyadakı bank şöbələrinə aiddir.
Bu qismən şirkətin ABŞ, Braziliya, Honkonq, Cənubi Koreya və Macarıstandakı bank sektorlarını da silkələyəcək.