75 yaşını qeyd edən yazıçı Əkrəm Əylisli, bəstəkar Elmir Mirzəyev və kinorejissor Rövşən Almuradlı yaradıcı insanların azadlığı haqda fikirlərini bölüşürlər.
http://www.youtube.com/embed/Ud9GcMHSaYI?rel=0
-
Rövşən Almuradlı:
«Təzyiq varsa, olursa, mövqe bilinir ki, sənə qarşı nədirlər və sən hansı mövqedə durursan. Mən bunu çox normal qarşılayıram. Çünki uzun illərdir ki, ətrafımda çoxlarını beləcə görmüşəm. Həyatdır da. Həyat döyüşdür, mübarizədir. Səni qəbul etməyəcəklər. Sən isə düşündüyünü deməyi bacarmalısan. Bizim içimizdə nə varsa, biz onu izhar edə bilirik. Ondan artığına qadir deyilik. Gücümüz nədirsə, azadlığımız nə qədərdisə, cəsarətimiz nə qədərdisə, bacarığımız da elə».
«Kimi isə sözünə görə işdən çıxarırlarsa, bu o demək deyil ki, sənətini də əlindən ala biləcəklər. Əsası bu, deyil, ən əsası budur ki, o, içindən sınmasın, qorxu yaranmasın. Haradasa bu fikrə rast gəlmişdim ki, qorxu insanın qan qrupunu da dəyişir. Əsası odur ki, sən öz mövqeyində qalıb, işini görəsən. Nəyə görə isə, kimə görə isə mövqeyini dəyişməyəsən».
«Bu gün bir kərpic qoyulursa, o kərpici qorumaq lazımdır. Sabah kərpiclər çoxalacaq və bina tikiləcək. Cəmiyyət qorxursa və heç kim heç nə demirsə, deməli, cəmiyyət budur. Olan budur. Bütöv halda bu belədirsə, deməli, həmin cəmiyyət ölümə məhkumdur».
Elmir Mirzəyev:
«Bizim cəmiyyət ölümə məhkum deyil, çünki bizim cəmiyyətin bu cür gəncləri var. 1993-cü ildə bizim gənclik dövrümüzdə mən hiss edirdim ki, bizim gəncliyimiz sınıb, əyri bitir. Sanki hansısa böyük bir onurğa sümüyü sınıb, əyri bitir. Düşünürdüm ki, məni nə məcbur edəcək bu cür əyri yaşamağa. Lazım gəlsə, simfonik musiqini də ataram. Mənim üçün çox ağır olsa da. Əyri bir şeyə qoşulmaq və tamamilə əyri olmaq məni qorxudurdu. Fikirləşirdim ki, tamamilə hər şeydən vaz keçim, bu işlərə qoşulmayım. Bizim gəncliyin çox böyük hissəsi tamamilə məhv edildi. İndiki gənclik isə belə deyil. İndiki gəncliyə baxanda, mən şövq duyuram. Onlar bu əyri cəmiyyəti qəbul etmək istəmirlər. Hiss edirəm ki, gənc insanlar həyatlarını sıfırdan əyri başlamaq istəmirlər. Onlar yaşamaq istədikləri həyatı yaşamaq istəyirlər. Bu seçimi istəsək də, istəməsək də, onlara vermək lazım olacaq. Gələcək gəncliyindir».
Əkrəm Əylisli:
«Allah bir qapını bağlayanda, birini açır. Bir tikə çörəyin hesabına insanı alçaltmaqla o insana təzyiq etməyi özünə rəva bilən cəmiyyətin yaşamağa haqqı yoxdur. Mən «Quran»a da əlimi basaram ki, bu, belədir. Bir cəmiyyət ki, öz vətəndaşını bir tikə çörəklə sınağa çəkə, həmin cəmiyyət yıxıla bilər. Həmin cəmiyyətin yaşamaq haqqı yoxdur. Mən ümidsiz adam deyiləm. İnsanlara da demək istəyirəm ki, heç ümidsiz olmayın. Bir gün bağlayan fələk, bir gün açar. Mən tam əminəm ki, həddini aşan sosial ədalətsizlik edənlər, hətta insanın mənəvi həyatını onun sosial dərdlərinin ayağına qurban verənlər Allahdan dönmüş adamlardır. Onların cəzasını elə Allah özü verəcək».