Filippində qasırğadan ölənlərin sayı 325-ə çatıb

Filippində qasırğa

Filippinin cənubunda qasırğa nəticəsində ölənlərin sayı 325-ə çatıb, 400-dən çox adam xəsarət alıb.
Bundan başqa 379 adam itkin düşüb.

190 minə yaxın adam hələ də evakuasiya mərkəzlərindədir.
Təbii fəlakət rayonları işıqsız qalıb, yol və körpülər dağılıb.

Ən çox ziyan Kompostela və Şərqi Davao vadilərinə dəyib.
Təkcə bu bölkələrdə 220 adam ölüb.
Bu barədə Filippinin mülki müdafiə idarəsi xəbər verir.