ABŞ senatı Sergei Maqnitsky aktını təsdiqləyib

Sergei Magnitsky

ABŞ senatı Hermitage Capital fondunun hüquqşünası Sergei Maqnitskynın ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar tətbiq edilməsini nəzərdə tutan aktı təsdiqləyib.

Senatın 92 üzvü qanun layihəsinin lehinə, 4-ü isə əleyhinə səs verib.

Sənədi bundan əvvəl Konqresin Nümayəndələr Palatası da təsdiqləyib.

“Hermitage Capital” fondunun hüquqşunası Sergei Maqnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.