Hillary Clinton Qafqazdan danışdı

Dublin Universitetində mühazirə edən Hillary Clinton

-

«Qafqazda seçkilər heç də həmişə azad və ədalətli keçmir»- bunu ABŞ Dövlət Katibi Hillary Clinton dekabrın 6-da ATƏT-in Dublində başlanan konfransında deyib:
«Tacikistan, Türkmənistan, Özbəkistan və Qazaxıstanda on-line və off-line ifadə azadlığına, eləcə də din azadlığına məhdudiyyətlər görürük. Qafqazda məhkəmənin müstəqilliyi məhdudlaşdırılır, jurnalistlərə hücumlar olur, seçkilər heç də həmişə azad və ədalətli keçmir. Rusiyada mülki cəmiyyətə basqılar var, təklif olunan qanunvericilik tələb edir ki, xaricdən maliyyə alan QHT-lər və jurnalistlər xarici agent kimi qeydiyyata düşsünlər».
Dublində ATƏT ölkələri xarici işlər nazirlərinin 19-cu iclası çərçivəsində keçirilir.