«28 May» stansiyası bağlanır

-
Bakı Metropoliteninin «28 May» stansiyasının yenidən qurulmasına başlanılıb.

Bu barədə APA-ya Bakı Metropolitenindən məlumat verilib.

Stansiya yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq bağlanacaq.

1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 23 stansiyası və 1 deposu var.